Şimali Vyetnamda "Yagi" qasırğası nəticəsində azı 35 nəfər həyatını itirib, 299 nəfər isə yaralanıb
Şimali Vyetnamda "Yagi" qasırğası nəticəsində azı 35 nəfər həyatını itirib, 299 nəfər isə yaralanıb

 
Şimali Vyetnamda “Yagi” qasırğası nəticəsində azı 35 nəfər həyatını itirib, 299 nəfər isə yaralanıb. “Reuters” agentliyinin xəbər verdiyi üzrə, təbii fəlakət səbəbindən ölkənin bir neçə hissəsində elektrik enerjisi verilişində fasilələr yaranıb. 3300 evə ziyan dəyib və 120 000 hektardan çox əkin sahəsi su altında qalıb.

Meteorologiya Agentliyində tayfunun yaratdığı sürüşmə proseslərinin və daşqının ölkənin müxtəlif bölgələrində növbəti günlərdə də davam edəcəyini istisna etmirlər.

“Yagi” tayfunu Vyetnamdan əvvəl Çinin cənubunu və Filippini vurub, təbii fəlakət nəticəsində azı 24 nəfər həlak olub.