Şimali və Cənubi Koreyanın liderlərinin görüşü aprelin 27-də baş tutacaq
Şimali və Cənubi Koreyanın liderləri aprelin 27-də görüçəcəklər.
Lakin, sammitin baş tutmasına qədər, yüksək səviyyədə, aprelin 4-də demilitarizasiya zonasında, danışıqların daha bir raundu keçiriləcək. Burada işçi qruplar, onların liderlərinin görüşünün detallarını dəqiqləşdirəcəklər.
Əgər Kim Çen İn və Mun Ce İn arasında baş tutarsa, bu iki ölkə arasında növbə ilə üçüncü sammit olacaq. Birincisi 2000-ci, ikincisi isə 2007-ci ildə keçirildi.