Şimali və Cənubi Koreya hərbi qaynar xəttin bərpası üzrə razılığa nail oldular
Son iki il ərzində, Cənubi və Şimali Koreya arasında keçirilən ilk rəsmi görüşdə tərəflər bir neçə əhəmiyyətli məsələ haqqında razılığa nail oldular.
Görüşdən sonra qərar verildi ki, Şimali Koreya və Cənubi Koreya arasında hərbi qaynar xətt bərpa olunacaq.
İki ölkənin nümayəndə heyyətlərinin görüşündə, rəsmi Seul Pxenyana, ayrılan ailələrin birləşdirməsi məqsədi ilə fevral ayında görüşməyi təklif etdi.
Görüşdən sonra həmçinin, qərar verildi ki Şimali Koreya 2018-ci ilin qış olimpiyalarında iştirak etmək üçün Cənubi Koreyaya öz idmançılarını göndərəcək.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyində bəyan edirlər ki, Seul Pxenyana qoyulan sanksiyaların müvəqqəti olaraq, aradan qaldırılmasını planlaşdırır ki, Şimali Koreyalı idmançılar Olimpiyadada iştirak edə bilsinlər.
Nüvə silahının inkişafına görə, Cənubi Koreya, Şimali Koreyaya sanksiyalar qoymuşdu.