Şimali Makedoniyanın Parlamenti Hristian Mitskoski baş nazir seçib
Şimali Makedoniyanın Parlamenti Hristian Mitskoski baş nazir seçib

 
Şimali Makedoniyanın Parlamenti Hristian Mitskoskinin baş nazir postuna namizədliyini təsdiqləyib.

Onun “Makedoniyanın Milli Birliyi Uğrunda” demokrat partiyası ötən ay keçirilən seçkilərdə səslərin 43 faizini qazana bilib, lakin çoxluğu formalaşdırmaq üçün 3 mandatı çatışmır.

120 mandatlı parlamentdə 46 yaşlı Hristian Mitskoskini 77 deputat dəstəkləyib, 22 deputat isə əleyhinə olub.