Şimali Makedoniyanın xarici işlər naziri - ATƏT-in sədri ölkə olaraq məqsədim bu çətin zamanda sülh və sabitliyi dəstəkləməkdir
Şimali Makedoniyanın xarici işlər naziri Buiar Osman Gürcüstan kontekstində ATƏT-in komandasının məcburi köçkünlər, gənclər və təcrid şəraitində yaşayan insanlarla aktiv işlədiyini bildirib.
Şimali Makedoniyanın nazirinin gürcü həmkarı İlia Darçiaşvili ilə birgə keçirilən brifinqdə qeyd etdiyi kimi, ATƏT münaqişələr zamanı zərər çəkmiş insanların narahatlıq və qayğılarını dinləyir.
“Biz imkan daxilində barışıq yollarını axtarmalıyıq. Sabah tərəfləri dinləmək, çağırışları görmək üçün bölgələrə səfər edəcəyəm. İnsanlara diqqət yetirmək bizim yekun prioritetimizdir. QHT nümayəndələri ilə görüşərək, olduqca vacib məsələləri müzakirə edəcəyəm. Vətəndaş cəmiyyətinin oynadığı mühüm rolu, onun Gürcüstanda demokratiya quruculuğuna verdiyi güclü töhfəni vurğulamaq istərdim. Güclü vətəndaş cəmiyyəti əsas demokratik tərkib hissəsidir. Vətəndaş cəmiyyəti və gənclərlə əlaqə vacibdir və ATƏT-in Vətəndaş Cəmiyyəti və Gənclər Məsələləri üzrə Xüsusi Nümayəndəsi tərəfindən vurğulanır. Səfərim çərçivəsində sizi əmin etmək istərdim ki, ATƏT üç istiqamətdə öhdəliklərin yerinə yetirilməsinə mühüm dəstək verəcək ki, bu da sizin daxili islahatlar prosesinə töhfə verəcək. İcazə verin, sizi əmin edim ki, ATƏT-in sədri ölkə olaraq məqsədim bu çətin zamanda sülh və sabitliyi dəstəkləməkdir” – deyə Osman açıqlayıb.