Şimali Koreyanın Xarici İşlər Naziri Ri Yonq Ho Azərbaycana gedir.
Bu barədə məlumatı Reuters agentliyi yayır.
Medya vasitəsinin məlumatına görə, Ri Yonq Ho Azərbaycana Pekindən gedəcək. Sonra isə, Rusiyaya gedəcək.
Şimali Koreyalı diplomat Bakıda aprelin 5-6-da keçirilən “Qoşulmama hərəkatında” iştirak edəcək.
“Qoşulmama hərəkatı” 120 ölkəyi birləşdirir.