Şimali Koreyada Kim Çen İninin nənəsinin 100 illik yubileyi qeyd olundu
Şimali Koreyada Kim Çen İninin nənəsinin 100 illik yubileyi qeyd olundu

Şimali Koreyada Kim Çen İnin nənəsinin 100 illik yubileyi qeyd olundu. Kim Çen Suk, Kommunist Respublikasının qurucusu olan Kim İr Senin birinci həyat yoldaşı idi. Hesab olunur ki, 1917-ci ildə milad bayramında anadan olmuşdur, 1930-cu illərdə isə yaponlara qarşı mübarizə aparırdı.

Rəsmi məlumatlara görə, Kim Çen Suk dünyasını 1949-cu ildə dəyişdı. Bunun səbəbi partizan müharibəsində keçdiyi çətin günlər idi.

Kim Çen İnin nənəsinin yubileyi ilə əlaqədar yerli kütləvi informasiya vasitələri bir sıra məqalələri dərc etdridi.

Kim Çen Suka həsr olunmuş yubiley sikkələri və poçt markaları hazırlandı.

Mediyanın məlumatına görə, Kim Çen Sukun anadan olduğu yeri 300 min hərbiçi, pedaqoq, fəhlə və tələbə ziyarət etdi.