Şimali Koreya Rusiya ilə müdafiə sazişini ratifikasiya edib
Şimali Koreya Rusiya ilə müdafiə sazişini ratifikasiya edib. Fərmanı ölkə lideri Kim Çen In imzalayıb. Bu barədə Deutsche Welle məlumat yayıb.
Müqavilə silahlı hücum zamanı tərəfləri bir-birinə kömək etməyə məcbur edir. Yerli KİV-in məlumatına görə, tərəflər ratifikasiya sənədlərini rəsmən mübadilə edən kimi saziş dərhal qüvvəyə minəcək.
Qeyd edək ki, Rusiya tərəfi ötən həftə sənədi ratifikasiya edib və onu artıq prezident Vladimir Putin imzalayıb.
Məlumat üçün bildirək ki, Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlıq haqqında saziş bu ilin iyununda Vladimir Putinin Pxenyana səfəri zamanı imzalanıb.
Bir neçə gün əvvəl Ukrayna ölkənin silahlı qüvvələrinin Kursk vilayətində Şimali Koreya hərbçiləri ilə toqquşmalı olduğunu açıqlamışdı.