Şimali Koreya nümayəndə heyəti İranda səfərdədir
Şimali Koreya nümayəndə heyəti İranda səfərdədir

Şimali Koreya nümayəndə heyəti İranda səfərdədir. Nümayəndə heyətinə xarici iqtisadi əlaqələr naziri Yun Çon Ho başçılıq edir.

“Deutsche Welle”nin yazdığı üzrə, belə nadir və yüksək səviyyəli səfər gizli hərbi əlaqələrin olduğu güman edilən iki ölkə arasında əməkdaşlığın artmasından xəbər verir.

Şimali Koreyanın eyni tərkibli nümayəndə heyəti də bu yaxınlarda Moskvada olub. Həmçinin, Cənubi Koreya Şimali Koreyanın Ukrayna ilə müharibə üçün Rusiyaya 7000-ə qədər konteyner göndərdiyini bildirir.