Şimali Koreya hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi ABŞ-a yola düşdü. “Yonhap” Cənubi Koreya nəşrinin məlumatına görə, Kim Çen Çolun adı Pekin-Nyu York reysinin sərnişinləri siyahısında idi.
Buna qədər məlumat yayılırdı ki, Şimali Koreya hakimiyyətinin nümayəndəsi ABŞ-a səfər edəcəkdi. Kim Çen Çolu Pekin Aeroportunda Associated Press Television-nun əməkdaşları gördülər.
Kim Çen Çol Hərbi Kəşfiyyat Xidmətinin keçmiş rəhbəridir. Hazırda isə, Şimali Koreyanın hakim partiyasının mərkəzi komitəsinin sədr müavini vəzifəsini tutur.