Şimali Atlantik Şurası Minsk tərəfindən "Rynair" təyyarəsinin məcburi endirilməsi və belarus jurnalistinin yaxalanmasını sərt şəkildə qınayır
Şimali Atlantik Şurası Minsk tərəfindən "Rynair" təyyarəsinin məcburi endirilməsi və belarus jurnalistinin yaxalanmasını sərt şəkildə qınayır

Şimali Atlantik Şurası Minsk tərəfindən “Rynair” təyyarəsinin məcburi endirilməsi və belarus jurnalisti Roman Protaseviç və onunla birlikdə olan Sofiya Sapeqanın yaxalanmasını sərt şəkildə qınayır.

Bu barədə Şimali Atlantik Şurası tərəfindən yayılan xüsusi bəyanatda deyilir.

Şura Belarus hakimiyyətinə yaxalanan Protaseviç və Sapeqanın dönmədən və şərtsiz azad edilməsinə çağırır.

“Belarusun hərəkətləri qəbulolunmazdır və mülki aviasiya normalarının kobud şəkildə pozulmasıdır, “Rynair” sərnişinlərinə və ekipajına təhlükə yaratdı. Biz, çağırışı dəstəkləyirik ki, baş verən insident dönmədən araşdırlsın. NATO müttəfiqləri Belarusu çağırırlar ki, fundamental hüquq və azadlıqlara hörmət etsin, qayda üzərində əsaslanmış əsayişə tabe olsun”, – Şimali Atlantik Şurası tərəfindən yayılan xüsusi bəyanatda deyilir

Minskdə müxalif əhval-rushiyyəsində olan jurnalist, Roman Protaseviçi 23 mayda yaxaladılar. Onu Belarus hakimiyyəti, kütləyi qarmaqarşıqlığın təşkilində ittiham edir.

Protaseviç “Rynair” aviaşirkəti ilə Afinadan Vilnüsə səfər edirdi, halbuki göyərtədə partlayıcı qurğunun olması barəsində daxil olan məlumat əsasında, təyyarə qəzalı şəkildə Minsk Aeroportuna endi. Burada onu və onunla birlikdə olan Sofiya Sapeqanı yaxaladılar. Roman Protasevçin özü isə, bəyan edirdi ki, aeroportda onu izləyirdilər və passportunun şəklini çəkməyə çalışırdılar.

Baş verənlərə görə, Avropa İttifaqı Belarusa qarşı iqtisadi sanksiyaların genişləndirilməsi barəsində razılaşdı. Bununla yanaşı, Belarus dövlət aviaşirkətinə Avropa hava məkanın uçuş qadağan ediləcək, Avropa aviaşərkətlərini isə, Belarus hava məkanında uçuşlardan tərəddüd etməyə çağırırlar.