Şilde meşəsində baş verən yanğın lokallaşdırılıb
Şilde meşəsində baş verən yanğın lokallaşdırılıb

 

Ğvarelidə Şilde meşəsində yanğının başlamasından beşinci gündə yanğın lokallaşdırılıb-bu barədə Fövqəladə Halların İdarəedilməsi Agentliyi məlumat yayıb.

Yanğınsöndürmə işləri intensiv rejimdə davam etdirilir. Yanğınsöndürən-xilasedicilər və Milli Qvardiyanın ehtiyat hissələri hadisə yerindədirlər. Hazırda yanğının söndürülməsinə sərhəd polisinin 3 helikopteri cəlb olunub.

Yanğın sentyabrın 1-də qəsəbədən 10 km aralıda yerləşən Şilde meşəsində meydana gəlib. Yanğın meşənin aşağı örtüyündə yayılıb. Yanğının səbəbi məlum deyil.