Silah və digər hərbi alətlərin saxlanması faktına görə, 15 nəfər həbs olundu
Silah və digər hərbi alətlərin saxlanması faktına görə, 15 nəfər həbs olundu

Daxili İşlər Nazirliyi Svanetidə, Kxetidə, Acarada, Samtsxe-Cavaxetidə, Sameqreloda və Tbilisidə qeyri-qanuni odlu silahın saxlanma faktlarını aşkarladı, – bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

İdarənin məlumatına görə, faktla bağlı istintaq aparılır.

Qeyd olunan cinayət 4-dən 6 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Samtxe-Cavaxeti sakinləri partlayıcı qurğuları və digər silahları polisə özləri tapşırdılar.

Silahlarını özləri tapşıran şəxslər, Gürcüstanın hüquqi məcəlləsinə görə, məsuliyyətdən azad edilirlər.