Şikayətçi tərəfin tələbi əsasında Konstitusiya Məhkəməsində “Gürcüstan hökumətinin Gürcüstan prezidentinə qarşı” işinə xitam verilib
Gürcüstan hökumətinin səfirlərin, diplomatik nümayəndəliklərin rəhbərlərinin təyinatı və vəzifədən azad edilməsi üzrə prezidentlə hökumət arasında səlahiyyətlərin ayrılmasını tələb etdiyi konstitusiya şikayəti üzrə iş dayandırılıb.
Konstitusiya Məhkəməsinin veb səhifəsində dərc olunmuş qərarda qeyd edildiyi üzrə, işə xitam verilməsinə səbəb şikayətçi tərəfin şikayət tələbindən imtina edilməsi ilə bağlı bəyanatı olub.
“Gürcüstan hökuməti konstitusiya iddiasında şikayətçi tərəfi təmsil edir. 2023-cü ilin yanvarın 11-də şikayətçi tərəfin iddia tələbindən imtina etməsinə dair bəyanatı Gürcüstan Konstitusiya Məhkəməsində qeydə alınıb.
Gürcüstanın “Gürcüstanın Konstitusiya Məhkəməsi haqqında” üzvi qanununun 29-cu maddəsinin 2-ci bəndinə əsasən, şikayətçi tərəf iddiadan imtina etmək hüququna malikdir. Bununla yanaşı, iddia tələbindən imtina edilməsi Konstitusiya Məhkəməsində işə xitam verilməsinə səbəb olur.
Belə ki, Gürcüstanın “Gürcüstanın Konstitusiya Məhkəməsi haqqında” üzvi qanununun 29-cu maddəsinin 2-ci bəndinə əsasən, “Gürcüstan hökumətinin Gürcüstan prezidentinə qarşı” işi üzrə konstitusiya iddiasına xitam verilməlidir. Qərar yekundur və yenidən şikayət və ya yenidən baxıla bilməz”- deyə Konstitusiya Məhkəməsi plenumunun qərarında qeyd olunur.