Siciliya sahilinin yanında yaxtanın batması tələfatla nəticələnib
Siciliya sahilinin yanında yaxtanın batması tələfatla nəticələnib

Güclü tufandan sonra 56 metrlik yaxta “Bayesian” Siciliya sahilinin yanında batıb. Nəticədə bir nəfər həlak olub, altı nəfər isə itkin düşmüş hesab olunur, – bu barədə”BBC” xəbər verir.

Xilasedicilər 15 nəfəri xilas etməyi bacardılar, onlardan 8-i, o cümlədən bir yaşlı uşaq yerli xəstəxanalara yerləşdirilib. Sağ qalanların hamısının vəziyyəti stabildir.

“Külək çox güclü idi. Pis hava gözlənilirdi, lakin bu miqyasda yox”, – Palermodakı Sahil Mühafizəsinin nümayəndəsi “Reuters” agentliyinə bildirib.

Britaniya bayrağı altında üzən yaxtada ümumilikdə 22 nəfər olub: on ekipaj üzvü və 12 sərnişin, o cümlədən Böyük Britaniya, ABŞ və Kanada vətəndaşları.

Məlumdur ki, gəminin qalıqları təxminən 50 metr dərinlikdə tapılıb, dalğıclar itkin düşənlərin axtarışını davam etdirir.

Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Britaniya hakimiyyəti insidentlə bağlı yerli hökumətlə əlaqə saxlayıb və zərərçəkmiş britaniyalılara konsulluq yardımı göstərməyə hazırdır.