Sidneydə ticarət mərkəzində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində 5 nəfər həlak olub

14:30, 13.04.2024

Sidneydə ticarət mərkəzində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində 5 nəfər həlak olub. Məlumatı Avstraliya polisi də təsdiqləyib.

BBC-nin yazdığına üzrə, hücum nəticəsində biri azyaşlı uşaq da daxil olmaqla azı 9 nəfər yaralanıb.

Hadisə yerli vaxtla saat 16:00-da baş verib.

Polisin məlumatına görə, hücum edən şəxs təkbaşına hərəkət edib və hazırda polis onu zərərsizləşdirib, buna görə artıq əhali üçün təhlükə yoxdur.

Polisin məlumatına görə, hücum edənin motivi hələlik məlum deyil, istintaq davam edir.

Oxşar