Şida Kartlidə seçki prosesini Böyük Britaniya, ABŞ, Hollandiya və Avstraliya səfirləri izləyirlər
Müşahidəçilər statusu ilə Şida Kartlidə seçki prosesini Böyük Britaniya, ABŞ, Hollandiya və Avstraliya səfirləri izləyirlər.
Gürcüstanda akreditə olunmuş səfirlər səhərdən bir neçə seçki məntəqəsinə getdilər və seçki məntəqəsi sədri, eləcə də, müşahidəçilərdən məlumat aldılar.
Onlar ümidvar olduqlarını bildirdilər ki, seçkilərdə seçicilərin yüksək fəallığı olacaq.
“Bu gözəl gündə, burada olduğumuza sevinirik. Mən və həmkarlarım seçkiləri böyük maraqla izləyirik. Əminik ki, bu gün seçkilər dinc və təhlükəsiz şəraitdə keçəcək.
Hər bir seçki önəmlidir. Ümidvar olduğumuzu bildiririk ki, seçkilərdə seçicilərin yüksək fəallığı olacaq”, – Böyük Britaniyanın Gürcüstandakı səfiri, Castin Makenzi bəyan etdi.
Gürcüstanda prezident seçkiləri keçirilir. Ölkə əhalisi sıra ilə beşinci prezidenti, altı il müddətinə seçir.