Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1970-ci il təvəllüdlü İ.K.-ni qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmək-saxlamaq-gəzdirmək ittihamı ilə saxlayıblar.
Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumatda cinayətlərin 15 ilədək müddətə həbsi nəzərdə tutduğu deyilir.
“İstintaqla müqəssirin bu ilin aprelin 24-də Xaşuri munisipalitetinin Al kəndində qarşılıqlı mübahisə zəminində 1970-ci il təvəllüdlü C.N.-a avtomat silahından atəş açmaqla xəsarət yetirdiyi müəyyən edilib. Yaralı kişi yerindəcə keçinib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən İ.K. “isti izlər”lə saxlanılıb.
Cinayətin törədildiyi silah maddi sübut olaraq götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi, eləcə də qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan 236-cı maddənin 3-cü və 4-cü hissələri ilə aparılır” – deyə məlumatda qeyd olunur.