Şida Kartlidə polis 6 kiloqrama yaxın narkotik aşkarlayıb. Faktla bağlı xarici ölkə vətəndaşı saxlanılıb.

11:46, 26.06.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması, eləcə də narkotik vasitələrin satışına şərait yaratmaq ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.

DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin müvəqqəti yaşadığı mənzildə apardıqları axtarış zamanı satış üçün hazırlanmış, 14 bağlamaya qablaşdırılmış, ümumi çəkisi 6 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edərək götürüblər.

İstintaq tədbirləri nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar və ehtimal olunan satışdan əldə edilmiş pul vəsaiti də maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260¹ (kvarta) maddələri ilə aparılır. Bu maddələr üzrə təqsirli bilinən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oxşar