Şida Kartli polisi "isti izlərlə" qəsdən adam öldürmə faktının üstünü açıb, bir nəfər saxlanılıb
Şida Kartli polisi "isti izlərlə" qəsdən adam öldürmə faktının üstünü açıb, bir nəfər saxlanılıb

 
Daxili İşlər Nazirliyinin Şida Kartli PŞ-nin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, ağırlaşdırıcı hallarda ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürmə faktı üzrə 1995-ci il təvəllüdlü A.İ. -ni saxlayıblar.

Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qori Munisipalitetinin kəndlərindən birində atası, 1956-cı il təvəllüdlü U.İ.-yə aralarında yaranmış mübahisə zəminində baş nahiyəsindən ov tüfəngi ilə xəsarət yetirib, bundan sonra da cinayəti ört-basdır etmək məqsədilə cəsədi Tbilisidəki bağ evinə gətirib.

Aparılmış istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi “isti izlərlə” saxlayıblar.

Polis cinayətin törədildiyi ov tüfəngini sübut olaraq götürüb.

Ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 əlavəsinin 109-cu maddəsi ilə aparılır” – deyə qurumun yaydığı məlumatda deyilir.