Şida Kartli polisi qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri yaxaladı
Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü T.K.nı qəsdən adam öldürmə ittihamı ilə həbs etdilər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs Kareli munisipalitetinin Avlevi kəndində tanışı 1993-cü il təvəllüdlü qadını – T.Ç,nı boğdu. Polis T.K.nı müttəhim şəxs qismində həbs etdi.
Qəsdən adam öldürmə faktı ilə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır”, – DİN-də bəyan edirlər.