Si Dzinpin - Gürcüstan və Çinin strateji tərəfdaşlıq quracağı elan ediləcək və beləliklə, ikitərəfli münasibətlərimiz yeni səviyyəyə keçəcək
Si Dzinpin - Gürcüstan və Çinin strateji tərəfdaşlıq quracağı elan ediləcək və beləliklə, ikitərəfli münasibətlərimiz yeni səviyyəyə keçəcək

Gürcüstan Çinin dostu və yaxşı tərəfdaşıdır-deyə Çin Xalq Respublikasının Prezidenti Si Dzinpin Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşündə bildirib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə hadisələrin necə inkişaf etməsinin əhəmiyyəti yoxdur, Çinin Gürcüstanla münasibətlərin inkişafına münasibəti dəyişməyəcək.

“Sizinlə görüşməkdən məmnunam, cənab Baş nazir. Çenqduda keçirilən 31-ci Ümumdünya Universitet Olimpiadasının açılış mərasiminə xoş gəlmisiniz. Siz dəfələrlə qeyd etmisiniz ki, Gürcüstan və Çin münasibətlərinə böyük əhəmiyyət verirsiniz, ikitərəfli əməkdaşlığı fəal şəkildə təşviq edirsiniz. Mən bunu yüksək qiymətləndirirəm. Diplomatik münasibətlər qurmağımızdan 31 il keçir. Çin-Gürcüstan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir. İki ölkənin siyasi etimadı möhkəmdir və müxtəlif sahələrdə əməkdaşlığın nəticələri nəzərə çarpır. Gürcüstan Çinin dostu və yaxşı tərəfdaşıdır. Beynəlxalq aləmdə hadisələrin necə inkişaf edəcəyinin əhəmiyyəti yoxdur, Çinin Gürcüstanla münasibətlərin inkişafına münasibəti dəyişməyəcək. Çinə səfəriniz zamanı birgə bəyanat veriləcək. Bildiriləcək ki, Gürcüstan və Çin strateji tərəfdaşlıq qurur və beləliklə, ikitərəfli münasibətlərimiz yeni səviyyəyə yüksələcək. Çin və Gürcüstan bu yeni başlanğıcdan strateji tərəfdaşlığımızın daha yaxşı inkişafına təkan vermək, iki ölkənin müxtəlif sahələrinin inkişafına kömək etmək və bəşəriyyətin rifahına töhfə vermək üçün birlikdə çalışmalıdırlar”, – Çin Prezidenti bildirib.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bu gün Çində Çinin prezidenti Si Dzinpinlə görüşüb.