Si Dzinpin – Yaxın Şərq və Fars körfəzi bölgəsində davam edən müharibə bölgə miqyasında əhaliyə ciddi ziyan vurub, “BRICS” ölkələri tarixin doğru tərəfində qətiyyətlə yer almalıdırlar

16:57, 12.09.2026

Yaxın Şərq və Fars körfəzi bölgəsində davam edən müharibə bölgə miqyasında əhaliyə ciddi ziyan vurub və beynəlxalq dostluğun ümumi maraqlarına xidmət etmir, – bu barədə Çin prezidenti Si Dzinpin bildirib.

Yeni Dehlidə keçirilən 18-ci “BRICS” sammitində çıxışı zamanı Çin prezidenti qeyd edib ki, “BRICS” ölkələri tarixin doğru tərəfində qətiyyətlə yer almalıdırlar. Si Dzinpin “BRICS” ölkələrini innovativ inkişaf, sülh və sabitliyin qorunması, sivilizasiyalararası qarşılıqlı öyrənmə və qlobal idarəetmənin təkmilləşdirilməsi istiqamətində birinci olmağa çağırıb.

Çin prezidentinin dediyinə görə, “BRICS” ölkələri beynəlxalq nizamı daha çox ədalət və bərabərliyə doğru irəlilətməli və bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyət qurmaq üçün birlikdə çalışmalıdırlar.

Oxşar