Si Dzinpin Serbiyaya səfər etdi

10:43, 08.05.2024

Si Dzinpin Fransadan Serbiyaya səfər etdi.

Onu Serbiya hava limanında ölkə prezidenti Aleksandr Vuçiç və hökumət rəsmiləri qarşılayıblar.

Si Dzinpinin Belqrada səfəri NATO tərəfindən Belqraddakı Çin səfirliyini bombalamasının 25-ci ildönümünə həsr olunur. Bu partlayış zamanı 3 çinli jurnalist həlak oldu.

Xatırladaq ki, bu, Çin prezidentinin son beş ildə Avropaya ilk səfəridir. Si Dzinpin Belqarddan Macarıstana yola düşür.

Oxşar