Si Dzinpin - Rusiyanın ümumi maraqları üçün Çin hər zaman yaxşı qonşu, yaxşı dost olacaq
Si Dzinpin - Rusiyanın ümumi maraqları üçün Çin hər zaman yaxşı qonşu, yaxşı dost olacaq

 
Çinin Prezidenti Si Dzinpin Rusiyanın Prezidenti Vladimer Putinlə ikitərəfli danışıqlar keçirir.

Si Dzinpin, Çinin hər zaman Rusiya üçün yaxşı tərəfdaş olacağını bildirib.

“Rusiyanın ümumi maraqları üçün Çin hər zaman yaxşı qonşu, yaxşı dost olacaq, iki xalq arasında dostluğun möhkəmləndirilməsini davam etdirək, inkişafa nail olmaq və dünyada ədaləti qorumaq üçün birlikdə çalışaq”-deyə Çinin lideri görüşdə bildirib.

Həmçinin, Si Dzinpin Putini prezident kimi beşinci müddətə seçilməsi münasibətilə təbrik edib və Rusiya-Çin diplomatik münasibətlərinin 75-ci ildönümünü qeyd edib.