Si Dzinpin may ayında Serbiyaya səfər edəcək
Si Dzinpin may ayında Serbiyaya səfər edəcək

Çin prezidenti Si Dzinpin may ayında Serbiyaya səfər edəcək. Səfər 1999-cu ildə NATO-nun əməliyyatı zamanı Belqraddakı Çin səfirliyinə hücumun 25-ci ildönümünə təsadüf edir. Məlumatı “Bloomberg” yayır.

Nəşrin mənbəsinin məlumatına əsasən Çin lideri Belqrada mayın 7-də səfər edəcək. Çin səfirliyində hələlik bu məlumat barədə şərh vermirlər.

Si Dzinpin Çinə sonuncu dəfə 2016-cı ildə səfər edib, o, sabiq səfirliyin yerində həlak olanların xatirəsini yad edən ilk prezident olub.

Çin liderinin digər Avropa ölkələrinə səfər edib-etməyəcəyi hələlik məlum deyil. Onun Macarıstana da səfər edə biləcəyi ilə bağlı məlumat yayılırdı. Bu, Si Dzinpinin “Covid-19” pandemiyasından sonra Avropaya ilk səfəridir.