Seysmoloji Monitorinq üzrə Milli Mərkəz vətəndaşları zəlzələ ilə bağlı yalan məlumat yaymamağa çağırır
Seysmoloji Monitorinq üzrə Milli Mərkəz vətəndaşları zəlzələ ilə bağlı yalan məlumat yaymamağa çağırır

 

Müxtəlif ərazilərdə zəlzələ hadisələri arasında birmənalı əlaqə yoxdur-bu barədə Seysmoloji Monitorinq üzrə Milli Mərkəzin bəyanatında deyilir.

Bununla yanaşı, Seysmoloji Monitorinq üzrə Milli Mərkəz vətəndaşları zəlzələ ilə bağlı yalan məlumatlara inanmamağa və yaymamağa çağırır.

“Fevralın 6-da Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar faciəvi hadisələr cəmiyyətimizdə narahatlıq yaradıb.

Zəlzələ bu gün dünya elmi cəmiyyəti tərəfindən dəqiq vaxtını və yerini proqnozlaşdırmaq mümkün olmayan təbii fəlakətdir. Bundan irəli gələrək, müvafiq infrastruktur və zəlzələyə davamlı tikinti təhlükəsizliyimizin zəmanətidir.

Güclü zəlzələ zamanı seysmoloji baxımdan mühafizə olunan evdə yaşayacağımız təqdirdə təhlükənin olmaması baxımdan ABŞ, Kanada və Yaponiya nümunədir. Təəssüflər olsun ki, qonşu və dost ölkədə bölgənin mürəkkəb geoloji şəraiti səbəbindən tez-tez (1999-cu il İzmir zəlzələsi, 2011-ci il Van zəlzələsi, 1939-cu il Ərzincan zəlzələsi və s.) böyük insan tələfatı və dağıntılar ilə nəticələnən güclü zəlzələlər baş verir.

Qafqaz da regionun mürəkkəb tektonikasının bir hissəsidir və təbii ki, zəlzələlər olub, baş verir və gələcəkdə də olacaq.

Açıqlıq gətirmək istərdik ki, müxtəlif ərazilərdə zəlzələ hadisələri arasında birmənalı əlaqə yoxdur. Başqa sözlərlə desək, Türkiyədəki zəlzələ qeyd-şərtsiz Gürcüstanda zəlzələ yaratmır.

Gürcüstan seysmik cəhətdən aktiv ölkədir. Ölkəmizdə hər gün onlarla zəlzələ baş verir, bu səbəbdən bir daha ictimaiyyətə təəssüf ki, qısamüddətli zəlzələ proqnozu olmadığını izah edirik.

Xahiş edirik, ictimaiyyətdə qorxu və panika yaradan yalan məlumatlara inanmayın və yaymayın” – deyə Seysmoloji Monitorinq üzrə Milli Mərkəzin bəyanatında deyilir.