Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş verən partlayışlardan sonra hava limanı yaxınlığında yanğın baş verib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş verən partlayışlardan sonra hava limanı yaxınlığında yanğın baş verib. Məlumatı “Reuters” nəşri yayır.
Səudiyyə Ərəbistanının media ofisi əlavə suallara cavab vermir.
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı ötən gecə paytaxt Ər-Riyad ətrafında potensial təhlükə ilə bağlı telefonla xəbərdarlıq edib.
“Reuters” tərəfindən yayımlanan videoda yanacaq çənlərinin arxa tərəfindən qalxan qara tüstü də görünür, lakin partlayışlara nəyin səbəb olduğu və dəymiş ziyanın nə dərəcədə miqyaslı olduğu hələ də məlum deyil.
Xarici medianın yazdığına görə, ötən gecə verilən xəbərdarlıq, iyul ayında Yəmənli “husilər” qruplaşmasının Səudiyyə Ərəbistanına hücum etməsindən sonra ilk hadisədir.