Səudiyyə Ərəbistanının Bağdaddakı televiziya ofislərindən biri İranın dəstəklədiyi qrupların liderlərini terrorçu adlandırdığı üçün basqın edilib

10:06, 19.10.2024

İranyönlü qrupların tərəfdarları Bağdadda Səudiyyə Ərəbistanının televiziyalarından biri olan “Embis”in ofisini ələ keçiriblər.

Hadisə bu gün səhər telekanalda İranın dəstəyi ilə fəaliyyət göstərən qruplaşmaların komandirlərinin “terrorçu” adlandırıldığı xəbərin yayımlanmasından sonra baş verib.

İraq Daxili İşlər Nazirliyindəki adının açıqlanmasını istəməyən mənbə deyir ki, 400-500 nəfər yayımçının Bağdaddakı studiyalarına hücum edib.

Onlar elektron avadanlıqları, kompüterləri dağıdıb, binanın bir hissəsini yandırıblar”. – mənbə bildirib.

Oxşar