Səudiyyə Ərəbistanının aşağı büdcəli "Flyadeal" aviaşirkəti Gürcüstanda fəaliyyətə başladı
Səudiyyə Ərəbistanının aşağı büdcəli "Flyadeal" aviaşirkəti Gürcüstanda fəaliyyətə başladı

Səudiyyə Ərəbistanının aşağı büdcəli “Flyadeal” aviaşirkəti Gürcüstan avia bazarında fəaliyyətə başladı. Səudiyyə Ərəbistanının dövlət şirkəti Ciddədən Tbilisi Beynəlxalq Aeroportuna ilk birbaşa reys həyata keçirdi.

“Flyadeal” Səudiyyə Ərəbistanının üç şəhərindən: Ər-Riyad, Ciddə və Dammamdan eyni vaxtda Tbilisiyə birbaşa müntəzəm uçuşlara başlayır.

Gürcüstan Aeroportlar İttifaqı aviaşirkətlə danışıqların bir neçə aylıq mərhələsinin uğurla başa çatdığını bəyan edir. Onların məlumatına görə, ümumilikdə “Flyadeal” həftədə on dəfə Səudiyyə Ərəbistanından Gürcüstana birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.

Tbilisi Beynəlxalq Aeroportunda yeni aviaşirkətin gəlişi ilə əlaqədar qəbul təşkil olundu, tədbirdə Gürcüstan Aeroportlar İttifaqının direktoru Tamar Arçuadze, “Tav Georgia” şirkətinin baş meneceri Tea Zakaradze və aviaşirkətin nümayəndələri iştirak etdilər.