Aksiya iştirakçılarının bəyanatına görə, onlar prezident Salome Zurabişvili tərəfindən məhkumların əfv edilməsi ilə bağlı qəbul etdiyi qərara etiraz edirlər. Aksiya iştirakçıları prezident iqamətgahı girişində asılı qıfıl bağladılar və “#შეცვალე” (dəyiş) stikerini yapışdırdılar.
Onların dediyinə görə, prezident “bağlanasıdır” və bəyan edirlər ki, Salome Zurabişvili ölkə üçün zərərverici qərarlar qəbul edir.
Aksiya iştirakçılarının bəyan etdiyinə görə, aksiyalar gələcəkdə də davam etdiriləcəkdir.
Gürcüstan prezidenti, Salome Zurabişvili avqustun 27-də, Müqəddəs Məryam Ana Bayarmı ilə bağlı 34 məhkumu əfv etdi. Onlar arasında qətlə görə mühakimə olunan üç və axtarışda olan bir şəxs var idi.