“Səsimiz Avropa İttifaqına” - Tbilisidə yürüş

“Səsimiz Avropa İttifaqına” – bu adla paytaxtda yürüş keçirilir.

Yürüş Birinci Respublika meydanından başlayıb və iştirakçılar Avropa İttifaqının rekord miqyasdakı bayrağının dalğalanacağı Avropa meydanına doğru hərəkət ediblər.

Təşkilatçılar qeyd edirlər ki, bayraqda təsvir olunan hər bir ulduz Gürcüstanın müxtəlif bölgələrində hazırlanıb və bu, bütün cəmiyyətin Avropaya inteqrasiya istəyini ifadə edir. Vətəndaş cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan yürüşdə sadə vətəndaşlarla yanaşı, siyasi qrupların nümayəndələri də iştirak edir.

Yürüşə Gürcüstan Prezidenti Salome Zurabişvili də qatılıb.

Salome Zurabişvilinin qeyd etdiyinə əsasən, Avropa insanların azad fikrinin böyük əhəmiyyət kəsb etdiyi bir məkandır.

“Bu qədər insan gəlir və bu qədər insan səsini Avropaya çatdırır. Avropa insanların böyük önəm kəsb etdiyi, azad fikirlərinin böyük önəm kəsb etdiyi məkandır. Mən ümid edirəm ki, bu azad rəy nəzərə alınacaq və biz dekabrın 15-dən sonra biz bir daha bayram edə biləcəyik, sonra isə gələn il üçün hazırlaşa biləcəyik ki, bu da heç də az əhəmiyyət kəsb etmir”, – Prezident bəyan edib.