Serco Matarella - Gürcüstan Avropa sivilizasiyasının üzvüdür və Avropanın tamhüquqlu üzvü olmaq istəyi tamamilə aydındır , İtaliya Gürcüstanı dəstəkləyir
İtaliya prezidenti Serco Matarellanın sözlərinə görə, Gürcüstan və İtaliya arasında bütün aspektlər üzrə tarixi dostluğa söykənən və daim inkişaf edən, ən yaxşı ikitərəfli münasibətlərin tarixi mövcuddur.
Serco Matarellanın sözlərinə görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin İtaliyaya səfəri də məhz bunu əks etdirir.
“Gürcüstan prezidenti, xanım Salome Zurabişvilinin bizi ziyarət etməsi mənim üçün, İtaliya Respublikası üçün böyük şərəfdir. Şəxsən mənim üçün onu sarayda qəbul etmək çox xoşdur. Onunla və nümayəndə heyətinin üzvləri ilə Gürcüstan və İtaliya arasında bütün aspektlər üzrə tarixi dostluğa söykənən və daim inkişaf edən, ən yaxşı ikitərəfli münasibətlərin tarixinin mövcudluğu barədə söhbət etmək çox maraqlı idi. Xanım prezident, sizin səfəriniz məhz belə faktdır. Gürcüstana tarixi səfərimi xatırlayıram. Bu vəziyyət ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini böyük təntənə ilə qeyd etməyə imkan verir. Biz Gürcüstanı ilk dəfə 1921-ci ildə, ikinci dəfə isə 1992-ci ildə tanıdıq. Bu 30 il ölkələrimiz arasında olduqca dərinləşmiş münasibətlərin göstəricisidir” – deyə Serco Matarella bildirib.
İtaliya prezidentinin sözlərinə görə, Tbilisi və Roma beynəlxalq siyasətdə ümumi mövqeyə malikdir.
“Onlar müharibəni qınamaq, dinc birgəyaşayış və ölkənin suverenliyinin və siyasi sərhədlərinin inteqrasiyasının tanınması kimi bizim hər ikimizin əsaslandığı təməli bölüşürlər. Bu faktları vurğulamaq vacibdir, çünki Rusiyanın Ukraynaya təcavüzü, sanki problemin güc yolu ilə həllini vurğulayır. Bu, 2008-ci ildə Gürcüstanda, Abxaziya və Cənubi Osetiyada baş verdi”, – deyə Serco Matarella bildirib.
Serco Matarellanın sözlərinə görə, İtaliya Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü vurğulayır.
“Biz Gürcüstanın Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyada de-fakto işğalını tanımırıq. Rusiya Federasiyasının Ukraynaya təcavüzü regionda çox güclü əks-səda doğurur və bu, Gürcüstan və Avropa arasında tərəfdaşlığı, regionda sülhün qorunması üçün birgə səyləri bir daha sürətləndirdi. Gürcüstanın minlərlə illik təcrübəsi var, o, Avropa sivilizasiyasının üzvüdür və belə ki, onun Avropanın tamhüquqlu üzvü olmaq istəməsi tamamilə məntiqli və başa düşüləndir. İtaliya Gürcüstanın bu münasibətini dəstəkləyir.
Qafqazda Qara Dənizin Təhlükəsizliyi – bu, ilk növbədə Gürcüstana aiddir, lakin hamımıza aiddir, çünki bu, həm də Avropa Birliyinin əsas problemidir. Gürcüstanın suverenliyi və eyni zamanda ərazi bütövlüyü Cenevrə danışıqlarının ən böyük problemlərdən biridir.
İtaliya və Gürcüstanı – iqtisadi, mədəni əlaqələr birləşdirir, müxtəlif sektorlarda bu əlaqələr dərinləşəcək, bizim əməkdaşlığımız mədəniyyət baxımından çox vacibdir. Xanım prezidentlə söhbətimizdə ölkələrimiz arasında dostluğun, xüsusən də universitetlər arasında əlaqələrin dərinləşməsinin, tələbələrimizin, professorların mübadiləsinin vacibliyini vurğuladıq. Eyni zamanda, İtaliya və Gürcüstan arasında dostluğun və qarşılıqlı anlaşmanın əsasını təşkil edən Gürcüstanda arxeoloji missiyalar mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən xanım prezidentin və onun nümayəndə heyətinin səfəri zamanı vurğuladığımız dostluq önəmlidir. Bu, getdikcə dərinləşən əlaqələrdir” -deyə İtaliya prezidenti bildirib.