Gürcüstanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatına görə, münaqişələrin həlli, ancaq sülh yolu ilə və razılaşdırılmış formatda mümkündür.
Bu barədə bəyanatı Serj Sarkisyan prezident sarayında keçirilən mətbuat konfransında verdi.
Onun dediyinə görə, Giorgi Marqvelaşvili ilə görüş zamanı iki ölkə prezidentləri Cənubi Qafqazın təhlükəsizlik məsələlərini müzakirə etdilər.
“Bu kontekstdə çox böyük əhəmiyyəti ona veririk ki, bir-birimiz üçün həssas məsələlərin müzakirəsi zamanı sakit və balanslaşdırılmış olaq. Biz əminik ki, hər cür münaqişənin həlli sadəcə sülh yolu ilə mümkündür. Bizim üçün qanundur və mən bunu səmimi qəlbdən söyləyirəm ki, biz bütün danışıqlar zamanı əlimizdən gələni edirik ki, elə bəyanat verək ki, Gürcüstanın maraqlarına zidd olmasın.
Düşünürəm ki, Gürcüstan tərəfindən də eyni yanaşma hər iki ölkə üçün daha sərfəli olacaq. Qardaş Gürcüstan ilə müsbət münasibətlərimizin inkişafı üçün bu mövqemizi qorumağa davam edəcəyik” – dedi Serj Sarkisyan.