Serj Sarkisyan - Gürcü tərəfi azad ticarət zonasından istifadə edərkən, Ermənistanın imkanlarından da istifadə etməlidir
“Sevinirəm ki, yenə dost olan Gürcüstan torpağındayam. Prezident Giorgi Marqvelaşviliyə məni dəvət etməsi və səmimi qarşılaması üçün bir daha təşəkkürümü bildirmək istəyirəm” – dedi Ermənistan prezidenti Serj Sarkisyan.
Serj Sarkisyan Gürcüstan prezidentinin administrasiyasında keçirilən mətbuat konfransında qeyd etdi ki, iki ölkə arasındaki münasibətlərin bir çox perspektivli proqramı hazırlanıb.
“Bu il Gürcüstan və Ermənistan arasında diplomatik əlaqələrin 25 illik yubiley ili olduğu üçün çox önəmlidir və ilin sonunda buraya səfərim birgə əməkdaşlığımızın dəyərləndirilməsi üçün bir səbəbdir. Sevinərək görürəm ki, ölkələrimiz arasındaki perspektivli əməkdaşlıq proqramları çoxdur. Gürcü-Erməni qonşuluğunun müsbət inkişafı birgə tariximizin nəticəsidir.
Bizim gürcü xalqına qarşı həqiqətən dost münasibətimiz var və Ermənistan əhalisinin yarısının buraya istirahətə gəlməsi heç də təsadüfi deyil. Ermənilər Gürcüstanda yaxşı qarşılanmasaydılar. onlar buraya gəlməzdilər” – dedi Sarkisyan.
Ermənistan prezidenti Gürcüstanlı həmkarı ilə danışıqlara böyük əhəmiyyət verdiyini bəyan etdi.
“Əminəm ki, bu danışıqlar iki tərəfli münasibətlərimizi yeni səviyyəyə çıxardacaq. Gürcüstanla olan münasibətlərimizi dostluq, bir-birimizi başa düşmək və harmoniya mühitində davam etdirməyə hazır olduğumu təsdiqləyirəm.
Cənab prezidentə dedim ki, gürcü tərəfi, ticari zonaların istifadəsi ilə, Ermənistanın imkanlarından da istifadə edə bilər. Ermənistanda qeydiyyatdan keçən hərhansı bir şirkət bu baxımdan daha effektiv işləyə bilər. Gürcüstan sərhədindəki yeni azad ticarət zonasını da qeyd etməliyəm, hansı ki, Gürcüstan malının məsələn, İran İslam Respublikasının bazarına çıxardmaq imkanı yaradır” – dedi Sarkisyan.