Serj Sargisyan Ermənistan prezidentliyinə namizəd olaraq, Armen Sargisyanı təqdim etdi
Serj Sargisyan Ermənistan prezidentliyinə namizəd olaraq, Ermənistanın Böyük Britaniyadaki səfiri Armen Sargisyanı təqdim etdi.
Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Serj Sargisyan Armen Sargisyanla prezident rezidensiyasında görüşdü.
Serj Sargisyan ümid bildirdi ki, parlament prezidenti birinci turdan seçəcək və mart ayında Ermınistanın yeni prezidenti olacaq.
Ermənistanda prezident seçkiləri martın 2-də keçiriləcək. Ermənistanın yeni konstitusiyasına əsasən, prezidenti artıq xalq deyil, parlament seçir.
Namizədin təsdiqlənməsi üçün parlament üzvlərinin səslərinin 3/5-dən artığı lazımdır.
Serj Sargisyanın prezidentlik müddəti 2018-ci ilin aprelin 9-da başa çatır.
Armen Sargisyan Avropa İttifaqında, Belçika və Lyuksemburqda Ermənistanın səfiri olub.
1996-1997-ci illərdə isə, Ermənistanın baş naziri olub.