Sərhədin qanunsuz keçilməsi ilə bağlı Mixeil Saakaşvilinin məsələsinin müzakirəsi "Vivamed" klinikasında davam etdiriləcək
Sərhədin qanunsuz keçilməsi ilə bağlı Mixeil Saakaşvilinin məsələsinin müzakirəsi “Vivamed” klinikasında davam etdiriləcək.
Şəhər Məhkəməsinin hakimi stasionar nəzarət halında Saakaşvilinin prosesdə iştirak edə biləcəyini nəzərdə tutan yeni sənəd əsasında qərar çıxarıb.
Hakimin qərarına qədər isə prokurorluq iclasın kənarda keçirilməsi ilə bağlı vəsatət qaldırıb.
Mixeil Saakşvilinin işinə baxılması bir neçə dəfə təxirə salınıb. Mixeil Saakaşvili bu gün məhkəmədə ifadə verəcək.