Sərhəddə yük avtomobillərinin giriş qaydaları ilə bağlı Gəlir Xidməti bəyanat yayır
Sərhəddə yük avtomobillərinin giriş qaydaları ilə bağlı Gəlir Xidməti bəyanat yayır
Gürcüstan sərhəddində yük avtomobillərinin giriş qaydaları ilə bağlı Maliyyə Nazirliyinin Gəlir Xidməti bəyanat yayır.
Bəyanatda qeyd olunub ki, baş nazirin rəhbərliyi ilə yaradılmış Qurumlararası Koordinasiya Şurasının qərarı ilə, Maliyyə Nazirliyinin Gəlir Xidmətinin gömrük- sərhəd buraxılış məntəqələrində, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək risk qrupu olaraq tanınan ölkələrdə Çin, C.Koreya, İtaliya,İran, Avstriya,Fransa, Almaniya, İspaniya, İsveçrə, Norveç, Danimarka) son 14 gün ərzində olan yük avtomobillərinin xarici ölkə vətəndaşı olan sürücülərinə qarşı nəzarət sərtləşdirilib.
Qurum, Gürcüstan sərhəddinə gəlməzdən əvvəl nəqliyyat vasitəsini idarə edən və koronavirusun yayılması baxımından risk qrupuna daxil olan ölkələrdən gələn, xarici ölkə vətəndaşı olan sürücülərin, Gürcüstan hökumətinin N164 sərəncamına uyğun olaraq, aşağıda sadalanan tədbirlərə tabe olmasına izahat gətirir:
Gürcüstan ərazisindən keçən nəqliyyat vasitəsi icbari şəkildə yola salınır, yəni sürücüsü xarici ölkə vətəndaşı olan tranzit nəqliyyat vasitəsi Gürcüstan ərazisində təyin olunmuş
gömrük – sərhəd keçid məntəqəsinədək yola salına bilər.
İdxala gəlincə isə, aşağıdakı prosedurlar icra olunur:
Yüksək risk qrupuna daxil olan ölkələrdən yük avtomobilləri ölkəyə daxil olarkən -başqa bir fizik şəxs ilə yük avtomobilinin sürücüsü əvəzlənəcək(əvəz edən sürücü risk qrupuna daxil olmayan ölkədən olmalıdır).
Sadalanan tədbirlər icra olunmalıdır :Gömrük orqanının səlahiyyətli şəxsinin nəzarəti ilə, yük avtomobili dezinfeksiya edilir.
Yük avtomobilinin sürücüsü( Gürcüstan sərhəddinə daxil olarkən nəqliyyat vasitəsini idarə edən şəxs) geri qayıtmaqla bağlı tələbə tabe olmalıdır və ya kliniki vəziyyətindən irəli gələrək, karantin və ya müvafiq tibbi müəssisəyə yerləşdirilməlidir.
Bununla belə,əgər sürücü başqa biri ilə əvəz edilməz isə,nəqliyyat vasitəsi ən yaxın gömrük-nəzarət zonasına yola salınacaq və yük digər nəqliyyat vasitəsinə yüklənəcək.
Gəlir Xidmətindən verilən məlumata görə,həmçinin digər ölkələrdən gələn sürücülərə qarşı gömrük- keçid məntəqələrində sanitariya -karantin nəzarəti prosedurları da həyata keçirilir(ətraflı səyahət qeydlərinin toplanılması,skrininq,termoskrininq və s.
Epidemioloq tərəfindən həyata keçirilmiş yoxlamalar nəticəsində əgər sürücüdə yüksək temperatur və ya digər simptomlar qeydə alınar isə, bu halda sürücü (Gürcüstan vətəndaşı deyil isə) geri qaytarılır.
Yükə yönəlik də oxşar prosedurlar həyata keçirilə bilər.
Sürücünün Gürcüstan vətəndaşı olacağı təqdirdə ,bir sonrakı təhlillər üçün o, müvafiq tibb müəssisəsinə aparılır. Səhhətləri qənaətbəxşedici olan sürücülər , heç bir maneəçilik olmadan hərəkət edəcəklər.
“Hazırda yüngül avtomobillərlə Gürcüstan vətəndaşlarının girişi müfaviq qaydaların qorunması ilə həyata keçirilir.
Gömrük- sərhəd buraxılış məntəqlərində koronavirusun yayılması ilə əlaqədar olaraq,24 saatlıq rejimdə sərt nəzarət aparılır. Həmçinin ərazidə karantin zonaları da yaradılıb”- deyə bəyanatda qeyd olunub.
Bununla belə Gəlir Xidmətindən verilən məlumata əsasən, sözü gedən məlumat barədə daşıyıcı şirkət və biznes sektroun nümayəndələrinə xəbər verilib.
Müəllif – Sevinc Mustafayeva