Sərhəd polisinin rəhbəri vəzifəsinə Temur Kekelidze təyin edildi
Sərhəd polisinin rəhbəri vəzifəsinə Temur Kekelidze təyin edildi

Daxili İşlər Nazirliyinin Sərhəd Polis rəhbərinin vəzifəsinə Temur Kekelidze təyin edildi.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, sərhəd polisinin əməkdaşlarına yeni rəhbərlərini Daxili İşlər Naziri Giorgi Qaxaria şəxsən təqdim etdi.

Temur Kekelidze 2017-ci ilin iyun ayından 2018-ci ilin yanvar ayına qədər Gürcüstanın Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Siyasəti və Avro-Atlantik inteqrasiya departamentinin direktorunun vəzifəsini icra edirdi.