Sərhəd Polisi sərhədi qrup şəklində qanunsuz keçməyə cəhd edən üç xarici vətəndaşı yaxaladı
Sərhəd Polisi sərhədi qrup şəklində qanunsuz keçməyə cəhd edən üç xarici vətəndaşı yaxaladı

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları tərəfindən Batumi İdarəsinin “Kirnati” sərhəd sektorunun mühafizə bölməsində həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində
Gürcüstanın dövlət sərhədini qrup şəklində qanunsuz keçməyə cəhd edən bir Azərbaycan Respublikası vətəndaşı – 1996-cı il təvəllüdlü F.İ. və iki Türkiyə Respublikası vətəndaşı – 1990-cı il təvəllüdlü S.H. və 1989-cu il təvəllüdlü Ç.K. yaxalanıb.

Sərhəd Polisinin məlumatına görə, cinayət  4 ildən 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“İstintaq müəyyən etdi ki, təqsirləndirilən şəxslər qrup şəklində Gürcüstandan Türkiyə Respublikasına sərhəd-keçid məntəqəsindən yan keçməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etdilər.

Faktla bağlı İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə aparılır”, – məlumatda deyilir.