Sərhəd Polisi sərhədi qrup halında qanunsuz keçməyə cəhd etdiyinə görə 5 xarici ölkə vətəndaşını saxlayıb
Sərhəd Polisi sərhədi qrup halında qanunsuz keçməyə cəhd etdiyinə görə 5 xarici ölkə vətəndaşını saxlayıb

 
Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları son zamanlarda, Axaltsixe Bölməsinin “Vale” sərhəd hissəsində həyata keçirdikləri tədbirlər nəticəsində , Banqladeş Respublikasının iki vətəndaşını : 1996-cı il təvəllüdlü M.T. və 1982-ci il təvəllüdlü M.A , eləcə də Türkiyə Respublikasının vətəndaşları: 1982-ci il təvəllüdlü M.A., 1977-ci il təvəllüdlü E.Q. və 1982-ci il təvəllüdlü P.Ch-ni Gürcüstanın dövlət sərhədini qrup halında qanunsuz keçməyə cəhd etdiklərinə görə saxlayıblar. Sərhəd Polisindən verilən məlumatda cinayətin 4 ildən 5 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.

“İstintaq nəticəsində təqsirləndirilən şəxslərin sərhəd-keçid məntəqəsindən yan keçərək qrup halında Gürcüstandan Türkiyə Respublikası istiqamətində Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etdikləri müəyyən edilib.

Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin “A” alt bəndinə əsasən istintaq aparılır”- deyə idarədə bildirirlər.