Sərhəd polisi 10 kiloqramdan çox "heroin" ələ keçirib, iki xarici ölkə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları, Qırmızı Körpüdə, sərhəd sektorunun “Vaxtanqisi” mühafizə bölgəsində həyata keçirdikləri operativ-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının iki vətəndaşını, 1998-ci il təvəllüdlü U. T. və 1989-cu il təvəllüdlü E. M. – i saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
İdarədən verilən məlumata görə, onlar qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə, eləcə də külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi- saxlanılmasında və ölkəyə daxil edilməsində ittiham olunurlar.
Cinayətlər 15 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.