Serqo Çixladze - müxalifət partiyaları istintaq komissiyası ilə bağlı yekdil fikirdədirlər, “Gürcüstan naminə” partiyası istisnadır, mən onların niyə buna qarşı olduqlarının əsasını eşitməmişəm.
“Quruculuq Strategiyası”nın üzvü Serqo Çixladze bildirib ki, parlamentin istintaq komissiyası Şovidəki fəlakətlə bağlı suallara cavab vermək üçün ən effektiv rıçaqdır.
Onun sözlərinə görə, müxalifət partiyaları məsələ ilə bağlı yekdildir, hərçənd “Gürcüstan naminə” partiyası istisnadır.
“Parlament İstintaq Komissiyası baş nazirdən tutmuş nazirlərə, müxtəlif idarə rəhbərlərinə qədər bütün məmurların fəaliyyətini araşdırmaq qabiliyyətinə malik ən effektiv, mürəkkəb istintaq rıçaqıdır. Bu, ən şəffaf proses olacaq və hesab edirəm ki, “Gürcü Arzusu”nun suala cavab vermədiyi bir çox məsələlər istintaq komissiyası ilə cavab tapacaq. Suallar çoxdur, ilkin xəbərdarlıq sistemindən tutmuş, istər helikopter , istərsə də dron və sair nə üçün ölkədə lazımi avadanlıqlarımız yoxdur ; İlk üç saatda, ən kritik vaxtda, insanları xilas etmək üçün nələr edildi; Baş nazir ertəsi bütün gün harada idiki, ertəsi gün ortaya çıxdı; Təhlükəsizlik Şurası niyə toplanmadı; Hər saat ictimaiyyətə məlumat verəcək informasiya mərkəzi nə üçün yaradılmadı və s. Cavabsız suallar həddən artıq çoxdur və burada ən azı vəzifədən sui-istifadə ilə bağlı şübhə yaranır.
Hesab edirəm ki, müxalifət partiyaları bu məsələdə yekdildir, yeganə istisna “Gürcüstan naminə” partiyasıdır. Onlar da bunu sübuta yetirməlidirlər. Üzərində iş aparılsa da, niyə buna qarşı olduqlarının əsaslandırılmasını bu günə kimi eşitməmişəm. Bu həm də siyasi partiyalar üçün bir növ sınaqdır, kim harada dayanır və kim həqiqəti bərqərar etmək istəyir” – Serqo Çixladze bildirib.