Şərqi Suriyədə kürtlərə qarşı hərbi əməliyyat zamanı yeddi türk əsgəri həlak oldu
Son bir gün ərzində, Şərqi Suriyədə kürtlərə qarşı aparılan hərbi əməliyyat zamanı yeddi türk əsgəri həlak oldu.
Bu barədə məlumatı BBC yayır.
Həlak olan əsgərlər haqqında məlumatı Türkiyənin baş-naziri Binəli Yıldırım verdi və bəyan etdi ki, Ankara həlak olan əsgərlərin intiqamını ikiqat alacaq.
Daha sonra, türk aviasiyası Afrinin şərq-qərb tərəfində kürtlərin pozisiyalarını bombaladı.
Hərbi əməliyyatın başladığı gündən 14 türk əsgəri həlak oldu.
Suriyəli kürtlərin bəyan etdiklərinə görə, hərbi əməliyyatın başladığı gündən 150 insan həlak olub, onların arasında uşaqlar və qadınlar da var.
Türkiyə iqtidarı isə, bəyan edir ki, hərbi əməliyyat nəticəsində, 900-ə qədər kürt hərbçisi öldürülüb.