Serqi Kapanadze - Gürcüstanın nəydən xilas olduğunu bilmək istəyirik
Serqi Kapanadze - Gürcüstanın nəydən xilas olduğunu bilmək istəyirik

Parlamentin vitse-spikeri Sergi Kapanadze iqtidara müraciət edir ki, Beri Qabriel Salosi küçəsində həyata keçirilən xüsusi əməliyyatla bağlı mövcud olan legitim suallara cavab verilsin.

Bugünki plenar iclasda Sergi Kapanadze, xüsusi əməliyyat zamanı həlak olan əsgərin ailəsinə baş sağlığı bildirdi və qeyd etdi ki, Vano Qoloşvili hər bir vətəndaşın təhlükəsizliyi qorumaq üçün öz həyatını fəda etdi.

Deputatın dediyinə görə, son bir həftə ərzində, bu məsələ ilə bağlı legitim suallar yığıldı, hansına ki, iqtidar cavab verməyi düşünmür.

“Bəlkə də hər suala cavab vermək zordur, ancaq söhbət terorizmdən və əhalinin təhlükəsizliyindən gedir. Biz xüsusi əməliyyatın detallarını tələb etmirik. Çataev kimi beynəlxalq teroristlərin Gürcüstana necə daxil olduğunu cəmiyyət bilməlidir. Gürcüstanı hansı təhlükə gözləyirdi və nəydən xilas olduğunu bilmək istəyirik”, – dedi Kapanadze.

Kapanadzenin dediyinə görə, Paris teraktı zamanı belə, insanların hərşeydən məlumatı var idi.

“Gizlənəsi heçnə yoxdur, artıq vaxtdır ki, müəyyən suallara cavab alaq” – dedi Kapanadze.