Şərqi Gürcüstanın müftisi - Dini hisslərin təhqir edilməsinin qanunla cəzalandırılması, dini səbəblərə görə münaqişələrin qarşısını alacaq
Dini hisslərin təhqir edilməsinin qanunla cəzalandırılması dini münaqişələrin fiziki qarşıdurmaya çevrilməsinin qarşısını ala bilər, – bu barədə bəyanatı jurnalistlərə Şərqi Gürcüstanın müftisi Yasin Əliyev verdi.
Onun dediyinə görə, son dövrdə dini hisslərin təhqir edilməsi faktları çoxalıb.
Yasin Əliyevin dediyinə görə, Emzar Kvitsianinin qanunvericilik təşəbbüsü haqqında medyadan öyrəndi və təşəbbüsün təfərrüatlarını bilmir.
Gürcüstan parlamentinin İnsan Hüquqları Komitəsinin qərarı ilə, komitədə işçi qrupu yaradıldı, hansında dini hisslərin təhqir edilməsi ilə bağlı qanunvericilik requlyasiyaları üzrə müzakirələr aparılacaq.
Qrupa Gürcüstan patriarxlığıının və həmçinin, müxtəlif konfessiyaların nümayəndələri daxil olacaqlar.
Emzar Kvitsiani tərəfindən irəli sürülən təşəbbüsdəki dəyişikliklərə əsasən, dindarların hisslərinin təhqir edilməsi cərimə və yaxud həbs ilə cəzalandırılacaq.