Serqey Şamba işğal altındakı Abxaziyanın dırnaqarası xarici işlər naziri təyin edilib
Serqey Şamba Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın dırnaqarası xarici işlər naziri təyin edilib. Müvafiq sərəncamı işğalçı rejimin lideri dırnaqarası prezident Aslan Bjania imzalayıb.
Şamba 1997-ci ildən 2004-cü ilədək işğal altındakı Abxaziyanın dırnaqarası xarici işlər naziri postunu tuturdu. 2004-cü ildə o, öz namizədliyini dırnaqarası prezident postuna təqdim edib. 2004-cü ilin dekabrından o, yenidən dırnaqarası Xarici İşlər Nazirliyinin başına keçib. 2010-11-ci illərdə işğal altındakı Abxaziyanın dırnaqarası baş naziri, 2020-ci ildən isə dırnaqarası Təhlükəsizlik Şurasının katibi olub.
Dırnaqarası Təhlükəsizlik Şurasının katibi vəzifəsində Şambanı bundan əvvəl Qudauta “administrasiyasının rəhbəri” kimi təsdiq olunmayan Raul Lolua əvəz edəcək.
Məlumat üçün bildirək ki, bundan əvvəl işğal altındakı Abxaziyanın xarici işlər naziri işğalçı rejimin lideri dırnaqarası prezident Aslan Bjanianın mayın 7-də bu vəzifədən azad etdiyi İnal Ardzinba olub.