Sergey Lavrov Skripal məsələsinə beynəlxalq reaksiyayı "uşaq oyunları" adlandırdı
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov sabiq rus casusu Sergey Skripalın zəhərlənməsi məsələsinə beynəlxalq reaksiyayı “uşaq oyunları” adlandırır.
BBC-nin yaydığı məlumata görə, o Britaniyalı və Qərb partnyorlarını “hərhansı bir etika normalarını pozmaqla” və “dezinformasiya yaymaqla” ittiham etdi.
Britaniya tərəfindən Skripalın zəhərlənməsində Rusiyanın ittiham edilməsindən sonra, 29 ölkə rus diplomatlarını qoyladı.
Sergey Lavrov Rusiya və Qərb arasındaki gərginliyi Soyuq müharibə ilə müqayisə etdi.
“Klasik soyuq müharibə zamanı belə, nəzərə alınması gərəkən müəyyən normalar və qaydalar var idi. Düşünürəm ki, Böyük Britaniya və onu kor-koruna təkrarlayan digər ölkələr, hərhansı etika normalarını pozdular” – dedi Lavrov.
Rusiyanın Xarici İşlər Nazirinin dediyinə görə, diplomatların qoylanması ilə, Qərb Rusiya ilə dialoq imkanlarını məhdudlaşdırır.