Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilə biləcəyini deyib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçiriləcəyinə əmin olduğunu bildirib.
“Kremlin mümkün üçtərəfli görüşlə bağlı şərhi bu idi ki, görüşün konsensusa ehtiyacı var. Mən yalnız təsdiq edə bilərəm ki, konsensusun olması üçün görüşəcək hər kəs bununla razılaşmalıdır. Əminəm ki, belə bir görüş baş tutacaq”, – deyə Rusiya XİN rəhbəri bildirib.