Sergey Lavrov - Rusiya Əfqanıstanın qonşularını öz ərazilərində ABŞ və NATO-nun hərbi mövcudluğuna imkan verməməyə çağırır
Sergey Lavrov - Rusiya Əfqanıstanın qonşularını öz ərazilərində ABŞ və NATO-nun hərbi mövcudluğuna imkan verməməyə çağırır

Rusiya Əfqanıstanın qonşularını ABŞ və NATO hərbçilərinin onların ərazilərinə daxil olmasına icazə verməməyə çağırır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstan və qonşu ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, ABŞ həmişə Əfqanıstana geosiyasi vəzifələrinin həlli üçün zəruri alət kimi yanaşıb.

Sergey Lavrovun fikrincə, Qərbin siyasəti nəticəsində Əfqanıstan həqiqətən də sıfırdan başlamalı və dağıntılar altından bərpa etməli olan ölkədir.

Sergey Lavrov həmçinin qeyd edib ki, özlərini qaçqın kimi təqdim edən terrorçular qonşu ölkələrə nüfuz etməyə çalışırlar.

İclasda İran, Çin, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri iştirak edəcək.